Nikol Paşinyanın təhlükəsizlik sistemi gücləndirilir

 10:29 13.06.2024     286

Ermənistanın baş naziri Nikol Paşinyanın təhlükəsizlik sistemi gücləndirilir.

Redaktor.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Mənbə bildirib ki, hakimiyyət keşiş Baqratın başçılığı altında keçirilən aksiyaya məhəl qoymasa da, Paşinyanın təhlükəsizliyinə yönəlik tədbirləri artırır.

Məlumata görə, hökumət administrasiyası baş nazirin təhlükəsizliyini təmin etmək məqsədi ilə yeni videoyazı sistemi tətbiq edib.

Həmin sistemin qurulması üçün dövlət büdcəsindən 6 milyon dram (təqribən 16 min dollar) maliyyə vəsaiti ayrılıb.