Paşinyan Azərbaycanla ərazi mübadiləsindən danışdı
Azərbaycanla ərazilərin mübadiləsinə dair razılaşma olarsa, Ermənistan da referendum keçirməlidir.
Redaktor.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“Biz düzgün başa düşməliyik - Azərbaycanla yeni sərhəd formalaşdırmırıq, biz sovet dövrünün sərhədlərini bərpa edirik”, - o bildirib.