Paşinyan Blinkenin müavini ilə Azərbaycanla sülh prosesini müzakirə etdi
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin müavini Riçard Vermanı qəbul edib.
Redaktor.az xəbər verir ki, bu barədə “Sputnik-Ermənistan” məlumat yayıb.
Görüşdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar, iki ölkənin sərhədlərinin delimitasiyası prosesi, “Dünyanın kəsişməsi” layihəsi müzakirə olunub.