Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Azərbaycana gəlir

 21:12 19.06.2024     233

Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Azərbaycana gəlir.

Redaktor.az-ın xəbərinə görə, Avropa komissarı Vopke Hoekstra iyunun 20-də Azərbaycana səfər edəcək.

Aİ-nin iqlim fəaliyyəti üzrə komissarının səfərinin məqsədi hökumət rəsmiləri və vətəndaş cəmiyyəti ilə görüşmək və noyabrda Bakıda keçiriləcək COP29-a hazırlığı müzakirə etməkdir.

Komissar Hoekstranın Bakıda səfərdə olarkən bir sıra dövlət rəsmiləri ilə görüşü nəzərdə tutulut. Aİ rəsmisi, həmçinin Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də fikir mübadiləsi aparacaq.