Rusiya nüvə müharibəsinin adekvatını görmür - Nazir müavini

 15:44 27.06.2024     187

"Qərb nüvə münaqişəsi təhlükəsinin artdığını görmür”.

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu fikirləri Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabakov çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, müharibə  qanunları onu göstərir ki, düşmən vəziyyətin ciddiliyini dərk etmədikdə, getdikcə daha güclü vasitələrdən istifadə edilməlidir:

"Rusiya tərəfi baş verənlərin qarşılığında nüvə müharibəsinin adekvatını görmür".

Diplomat əlavə edir ki, bu problem təkcə 2022-ci ildə xüsusi hərbi əməliyyatın başlanmasının səbəbləri ilə bağlı deyil. Eləcə də, Rusiyanın qiymətləndirməsinin düzgün qəbul edilməməsindən irəli gəlir. Qərb eyni şeyi təkrarlamağa öyrəşdiyi üçün nüvə məsələsi getdikcə ucuzlaşmağa doğru gedir.

Yusif SƏMƏDZADƏ