97 saylı seçki dairəsinin adı dəyişdirildi

 16:47 27.06.2024     274

Ağdərə rayonu bərpa edildiyinə görə 97 saylı seçki dairəsinin adı dəyişdirilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar qəbul edilib.

MSK sədrinin müavini Rövzət Qasımov deyib ki, komissiya təmsilçilik baxımından bütün rayonların ölkə parlamentində təmsil olunması üçün müəyyən uyğunlaşdırmalar aparılmalıdır. Ona görə də Ağdərə rayonunun adı 97 saylı seçki dairəsinin adına əlavə edilir.

Beləliklə, seçki dairəsi bundan sonra 97 saylı Tərtər-Ağdərə-Goranboy adlandırılacaq.