Milli Məclisə seçkilər respublikanın hər yerində keçiriləcək

 16:29 29.06.2024     268

Milli Məclisə seçkilər Azərbaycanın bütün ərazilərində, suveren respublikanın hər yerində keçiriləcək.

Redaktor.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
"Düzdür, azad olunmuş ərazilərə əhali tam köçürülməyib. Amma prezident seçkiləri də bu şəkildə keçirildi və hesab edirəm ki, həmin standartlara uyğun təşkil olunacaq" - deyə, MSK sədri bildirib.
O qeyd edib ki, bu seçkilər də tarixi əhəmiyyət daşıyan hadisə olacaq.