Siyavuş Novruzov deputatlığa namizəd OLMAYACAQ
VI çağırış Milli Məclisin deputatı Siyavuş Novruzov növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürə bilməyəcək.
Redaktor.az xəbər verir ki, buna səbəb onun adının Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının tərkibinə daxil edilməsidir.
Faktı "report"a partiyadakı mənbə də təsdiqləyib.