Sevinc Hüseynova da deputatlığa namizəd olmayacaq

VI çağırış Milli Məclisin deputatı Sevinc Hüseynova da növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürə bilməyəcək.
Redaktor.az xəbər verir ki, buna səbəb onların adının Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının tərkibinə daxil edilməsidir.
Faktı "Report"a partiyadakı mənbə də təsdiqləyib.