Noyabrda bu liderlər Bakıya GƏLƏCƏK

 14:20 04.07.2024     180

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 bu il noyabr ayında Azərbaycanda keçiriləcək.

Redaktor.az xəbər verir ki, tədbirlə əlaqədar Prezident İlham Əliyev tərəfindən bir çox dövlət başçısına məktub ünvanlanıb, eyni zamanda səlahiyyətli nümayəndələr tərəfindən görüşlərdə prezidentin dəvəti çatdırılıb.

Əsas dəvətləri nəzərə alaraq deyə bilərik ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas, Yaponiyanın Baş naziri Fumio Kişida, İraq Prezidenti Əbdüllətif Camal Rəşid, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Finlandiya Prezidenti Aleksandr Stubba,  Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino, Serbiya Prezidenti Aleksandar Vuçiç,   İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anri, İsveç Baş naziri Ulf Kristersson, Portuqaliya prezidenti Marselo Rebelo de Sousa bakıya gələcək.

Bundan başqa Salvador, Liviya, Mikroneziya, Yeni Zelandiya, Nikaraqua, Palau, Seneqal, Seyşel adaları, Suriya, Tuvalu, Vanuatu və Venesuelanın dövlət və hökumət başçılarının, Qayana, Surinam və Ekvador prezidentlərinin, parlament sədrləri, deputatların və eyni zamanda qeyri-hökumət təşkilatları rəhbərlərinin də iştirakı gözlənilir.

Xatırladaq ki, bununla bərabər Azərbaycana təqribən 70-80 min xarici qonağın gələcəyi gözlənilir.