Ərdoğan Azərbaycan səfərini buna görə təxirə saldı
Türkiyə Prezidenti Rəcəb Rayyib Ərdoğan milli komandanın Avro-2024-ün ¼ finalında Niderlanda qarşı keçirəcəyi oyununu izləmək üçün Almaniyaya gedəcək.
Redaktor.az xəbər verir ki. Bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Bildirilib ki, Prezident Ərdoğan Avropa Çempionatında 1/4 finalına yüksələn milli futbol komandasına dəstək üçün Azərbaycan proqramını ləğv edib.
“Prezident Ərdoğanın şənbə günü axşam Türkiyə – Niderland matçını izləmək üçün Berlinə gedəcəyi öyrənilib”, – deyə “sabah” yazıb.
Məlumata görə, iyulun 5-6-da Şuşada keçiriləcək sammitdə prezident Ərdoğanın yerinə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz iştirak edəcək.
Ərdoğan iyulun 6-da axşam saat 23:00-da Berlində keçiriləcək Türkiyə – Hollandiya matçını izləyəcək.
Xatırladaq ki, Ərdoğan bazar ertəsi axşam Avstriyaya 2-1 hesabı ilə qalib gələn və 1/4 finala yüksələn Türkiyə milli komandasına zəng vuraraq, futbolçuları təbrik etmişdi.