Müsavat Partiyası seçkilərlə bağlı qərarını AÇIQLADI

 16:25 04.07.2024     213

Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək. 

Redaktor.az xəbər verir ki, qərar iyulun 4-də Müsavat Partiyası Məclisinin toplantısında qəbul olunub. 

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

İndiyə qədər 3 partiyanın - REAL, Ağ Partiya və Vətəndaş Həmrəliyi Partiyasının səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınıb.