Paşinyan İlham Əliyevin şərtini qəbul ETDİ

 10:33 05.07.2024     398

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib.

Redaktor.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazirin ölkənin Konstitusiya Günü münasibətilə müraciətində deyilir.

“Hazırkı konstitusiya vətəndaşlar arasında ciddi sosial-psixoloji gərginlik yaradır. Məlum şəraitə görə, bu gün Ermənistan vətəndaşları mövcud konstitusiyaya hakim elitanın yaratdığı və həyata keçirdiyi sənəd kimi baxırlar”, - baş nazir bildirib.

Baş nazir qeyd edib ki, əsas problem təkcə konstitusiyada yazılanlarda deyil, həm də onun necə qəbul edildiyindədir.

Xatırladaq ki, Prezident İlham Əliyev Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda, Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanmasının mümkün olmadığını deyib.