"Birgə bəyannamə ölkəmizin iqtisadi potensialının göstəricidir"

 12:14 05.07.2024     238

Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olundu.

Maraqlıdır, dünyaya hökm edən nəhəng dövlət olan Çinlə belə bir müqavilənin imzalanması Azərbaycana nə vəd verir? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan millət vəkili Asim Mollazadə bildirdi ki, Azərbaycan və Çin arasında qəbul edilən Birgə bəyannamə ölkəmizi böyük iqtisadi potensial kimi dünyaya nümayiş etdirir:

"İqtisadi, nəqliyyat, enerji sahəsində əməkdaşlıqların başlaması ölkəmizin çoxşaxəli iqtisadi inkişafına yeni təkan və imkanlar yaradır. Həmçinin Azərbaycan Çin və həmçinin Orta Asiyadakı qardaş ölkələr ilə münasibətləri gücləndirərək, dünya iqtisadi sisteminə yeni töhfələr verəcək".

Sultan AYXAN