Hakan Fidan Ukrayna üçün yeni platforma TƏKLİF ETDİ

 14:06 06.07.2024     300

Türkiyə Ukraynadakı münaqişənin həlli üçün sülh platforması yaratmağı təklif edib.

Redaktor.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bunun zəruriliyini açıqlayıb.

“Biz Türkiyə olaraq sülh təşəbbüslərinin genişləndirilməsinin, ölkələrin geniş iştirakı ilə sülh platformasının yaradılmasının və diplomatiyanın tərəfdarıyıq. Bu münaqişənin təsirinə məruz qalan ölkələr olaraq biz ortaq münasibətlə danışmalıyıq".

Sevinc İBRAHİMZADƏ