"Pezeşkianın İranın xarici siyasətini dəyişəcəyini düşünmürəm" - Arzu Nağıyev

 16:05 06.07.2024     419

İranda keçirilən prezident seçkilərinin ikinci turunda mühafizəkar Səid Cəliliyə qalib gəllən Məsud Pezeşkian növbəti dövlət başçısı seçilib. Məsud Pezeşkian milliyətcə azərbaycanlıdır. Maraqlıdır, Pezeşkianın azərbaycanlı olması İran-Azərbaycan münasibətlərinə necə təsir edəcək? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirdi ki, prezident seçkilərinin birinci turunda İran vətəndaşları zəif i.tirak etsələr də, Pezeşkianın İki tura qalması əhalinin təxminən 50 faizini seçkiyə gətirdi.

Arzu Nağıyev: “Ərdoğanın qalibiyyəti bütün dünya türkləri üçün mühüm  amildir” – XəbərAl.Az

"Bu da çox ciddi rəqəmdir. İran vətəndaşları özlərinə yaxşı gələcək təmin etmək üçün seçkiyə gedib Pezeşkiana səs verdilər".

M.Pezeşkianın milliyətinə də toxunan deputat həmçinin qeyd etdi ki, onun atası türkdür:

"Pezeşkian İran siyasətində yeni tanınan şəxs deyil. O, ixtisasca ürək cərrahıdır, həmçinin Hatəmi hökumətində də səhiyyə naziri vəzifəsində çalışıb. Ondan sonra dəfələrlə Təbriz və Azərşəhrdən öz icmasından parlamentə üzv seçilib, nümayəndə olub. Eyni zamanda parlamentin sədr müavini idi. Bildiyimiz kimi, hər bir dövlətin öz daxili və xarici siyasəti var. Milliyyətindən asılı olmayaraq, prezident həmin siyasəti davam etdirməlidir. Son vaxtlar İran və Azərbaycan arasında olan münasibətlər müəyyən qədər yaxşıya doğru inkişaf edir. Gedişatın necə davam edəcəyi də aparılan siyasətə bağlıdır. Hər halda məhz M.Pezeşkianın prezident seçilməsi müsbət qarşılansa da, cənub qonşumuzun apardığı siyasəti dəyişəcəyini düşünmürəm. İslahatçı kimi tanınan şəxs olduğu üçün əlaqələrimizə müsbət təsiri ola bilər".

Sultan AYXAN