Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilir

 16:24 06.07.2024     271

İyulun 6-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir.

Redaktor.az xəbər verir ki, Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 10 məsələ daxil edilib.

Gündəlikdəki əsas məsələ 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə bir neçə partiyanın səlahiyyətli nümayəndələrinin müraciətinə baxılması ilə bağlıdır.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.