Deputatlığa namizədlik üçün müraciət edənlərin sayı AÇIQLANIB

 17:20 06.07.2024     300

Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 48 seçki dairəsindən 86 nəfər deputatlığa namizədlik üçün müraciət edib. Onlardan artıq 10 nəfər təsdiq olunub, 2-nə hətta imza vərəqləri də verilib.

Redaktor.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 6-da keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin edilib.