Ərdoğan NATO liderləri ilə görüşəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti üçün ABŞ-ın paytaxtı Vaşinqtona gedir.
Redaktor.az xəbər verir ki, o, sammitdə iclaslarda üzv ölkələrin dövlət və hökumət başçıları ilə görüşəcək, ikitərəfli müzakirələr həyata keçirəcək.
Məlumata görə, iyulun 9-da sammitin ilk günündə 75 illik yubiley proqramı keçiriləcək. Həmçinin Ərdoğan 32 üzvlü alyansın dövlət və hökumət başçılarının iyulun 10-da keçiriləcək toplantısında iştirak edəcək.
Həmin gün axşam saatlarında liderlər və onların həyat yoldaşları ABŞ prezidenti Co Baydenin Ağ Evdə verdiyi şam yeməyində bir araya gələcək.
Liderlər iyulun 11-də NATO-Ukrayna Şurasının iclası üçün eyni masa ətrafında toplaşacaqlar.
NATO-nun builki sammitində alyans üzvləri təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.
Sevinc İBRAHİMZADƏ