Çin NATO-nu HƏDƏLƏDİ

 13:52 08.07.2024     340

NATO dünya birliyi üçün ciddi təhdid mənbəyidir, çünki blok münaqişələri qızışdırır.

Redaktor.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian brifinq zamanı bildirib.

“NATO müdafiə sferasından kənara çıxır, münaqişəyə səbəb olur ki, bu da soyuq müharibə təfəkkürü və ideoloji qərəzlərin kök saldığını göstərir".

Cian bunun qlobal sülhü təhdid edən real risk mənbəyi olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Şimali Atlantika Alyansı özünü müdafiə bloku adlandırır, lakin eyni zamanda daim güclərini genişləndirir və dünyada münaqişələrə səbəb olur.

Sevinc İBRAHİMZADƏ