Avropa İttifaqından Gürcüstanla bağlı sərt qərar - Qapılar bağlandı...

 11:09 09.07.2024     394

Gürcüstanın Avropa İttifaqına (Aİ) inteqrasiya prosesi dayandırılıb.

Redaktor.az xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski deyib.

“Təəssüf ki, Gürcüstanın Avropa İttifaqına qəbulu hazırda dayandırılıb. Bu, həqiqətən də kədərlidir”, - Gerçinski bildirib.

Onun sözlərinə görə, buna səbəb ölkənin hazırkı hakimiyyətinin Aİ liderləri üçün anlaşılmaz olan niyyətləri, anti-Qərb və anti-Avropa ritorikası, həmçinin respublikada qəbul edilmiş xarici agentlər haqqında qanun olub.

Sevinc İBRAHİMZADƏ