"Rusiya Hindistanın əsl dostudur" - Modi

 11:44 09.07.2024     273

 

"Rusiyada temperatur bəzən sıfırın altında olur, lakin Hindistan və Rusiya arasındakı münasibətlərdə temperatur həmişə müsbətdir".

Redaktor.az xəbər verir ki, bunu Hindistanın baş naziri Narendra Modi Moskvada hind icması ilə görüşündə deyib.

Modi qeyd edib ki, Rusiya Hindistanın əsl dostudur.

Xatırladaq ki, Hindistanın Baş naziri iyulun 8-də Moskvaya işgüzar səfərə gəlib. O, Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli gündəliyin bir çox məsələlərini müzakirə edib. Modi xüsusilə bildirib ki, Rusiya-Hindistan danışıqları ölkələr arasında dostluğu daha da gücləndirəcək.

Sevinc İBRAHİMZADƏ