Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verildi

 16:14 09.07.2024     357

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında VI​ çağırış Milli Məclisin deputatı Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsi müzakirə olunub.

Redaktor.az xəbər verir ki, məsələ Komissiyanın bugünkü iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra A.Əliyevin deputat səlahiyyətlərinə xitam verilib.

A.Əliyev ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.