Makronun NATO səfəri LƏĞV OLUNACAQ

 17:27 09.07.2024     328

Fransa prezidenti Emmanuel Makron seçkilərdən sonra müxalifətin təzyiqi səbəbindən Vaşinqtonda keçiriləcək NATO sammitinə səfərini ləğv etmək məcburiyyətində qala bilər. 

Redaktor.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Məlumata görə, Milli Assambleyanın (parlamentin aşağı palatası) iyulun 18-nə təyin edilmiş yeni tərkibinin ilk iclasına az vaxt qalıb, ona görə də iyulun 17-dək bəzi məsələlərlə bağlı razılıq əldə edilməlidir. 

Qəzetin yazdığına görə, Fransa lideri ABŞ-yə səfərini ləğv edib-etməmək barədə həqiqətən düşünür. Prezidentin çevrəsi bu ehtimalı istisna etməyib, lakin Makronun sammitə getməməsinin “heç bir yolu” olmadığını bildirib.

Sevinc İBRAHİMZADƏ