İlham Əliyev Pakistana GEDİR

 09:26 10.07.2024     258

Azərbaycan Prezidenti İlham Əliyevin Baş nazir Şahbaz Şərifin dəvəti ilə 2024-cü il iyulun 11-12-də Pakistana rəsmi səfəri planlaşdırılır.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Pakistanın Xarici İşlər Nazirliyi yayıb.

Bildirilir ki, səfər çərçivəsində Prezident İlham Əliyev Pakistanın prezidenti Asif Əli Zərdari və Baş nazir Şahbaz Şəriflə görüşlər keçirəcək.

Tərəflər ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq doğuran sahələr üzrə geniş müzakirələr aparacaqlar. Səfər zamanı bir sıra sazişlərin və memorandumların imzalanması gözlənilir.

Prezident İlham Əliyevin səfəri iki ölkə arasında möhkəm əməkdaşlığı və liderlik səviyyəsində dialoqu əks etdirir.