Paşinyan Pezeşkiana zəng ETDİ
Ermənistanın Baş naziri Nikol Paşinyan və İranın yeni prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Redaktor.az xəbər verir ki, bu barədə Paşinyanın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər telefon danışığında əvvəllər hökumətlərarası səviyyədə əldə edilmiş razılaşmalara sadiq olduqlarını vurğulayıblar.
Tərəflər gələcəkdə görüşmək barədə də razılığa gəliblər.