Ukraynanın baş naziri istefaya göndərilə bilər

 13:55 10.07.2024     237

Ukrayna prezidenti Vladimir Zelenski ölkənin baş naziri Denis Şmıqalı dövləti idarə etməkdə təşəbbüskar olmadığına görə istefaya göndərməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə “Ukrayinska Pravda” (UP) nəşri prezidentin komandasındakı mənbəyə istinadən yazır.

“Biz baş nazir Şmıqalı dəfələrlə qovmuşuq. Amma bu kabinet indiki kimi istefaya getməyə heç vaxt yaxın olmayıb”, - nəşrdən bildirilib.

Nəşr qeyd edir ki, 2022-ci ildə Zelenskinin ətrafı Şmıqala qarşı şikayət edib. Prezidentin tərəfdarları baş nazirin ölkəyə müsbət təsir edəcək dəyərli ideyalar irəli sürməkdə aciz olduğunu bəyan ediblər.

Sevinc İBRAHİMZADƏ