Xamenei Azərbaycana nümayəndə təyin etdi

 14:13 10.07.2024     263

İranın ali lideri Əli Xamenei Şeyx Əhməd Mötəhəri Əsli Şərqi Azərbaycan vilayəti üzrə nümayəndə və Təbrizin imam cüməsi təyin edib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “Tasnim” agentliyi yayıb. 

Bildirilir ki, Xamenei bununla bağlı qərar imzalayıb.

Xatırladaq ki, bundan əvvəl Təbrizin imamı Məhəmməd Əli Haşemi olub. O, mayın 19-da İranda ölkənin sabiq Prezidenti İbrahim Rəisi və digər yüksəkvəzifəli məmurlarla birgə helikopter qəzasında həlak olub.