Gürcüstan ABŞ və Aİ-nin sanksiyalarından NARAHATDIR

 11:54 11.07.2024     281

ABŞ və Avropa İttifaqının (Aİ) Gürcüstana qarşı müdafiə sanksiyaları ilə bağlı qərarı Tbilisini narahat edib.

Redaktor.az xəbər verir ki, bunu respublikanın baş naziri İrakli Kobaxidze deyib.

O, Qərbin təsdiqlədiyi məhdudiyyətlərin Gürcüstan rəsmilərinin münasibətlərin yenidən qurulması ilə bağlı “gözləntilərini doğrultmadığı” fikrini ifadə edib.

Baş nazir bu sıfırlamanın son 4 ildə ölkədə baş verən siyasi hadisələrdən sonra zəruri olduğunu vurğulayıb. Kobaxidze həmçinin qeyd edib ki, Tbilisi buna hazırdır.

Sevinc İBRAHİMZADƏ