Orban Trampla GÖRÜŞDÜ
Macarıstanın baş naziri Viktor Orban ABŞ-ın keçmiş prezidenti Donald Trampla görüşüb və Ukrayna münaqişəsinin həllini müzakirə edib.
Redaktor.az xəbər verir ki, bu barədə siyasətçi "X" sosial şəbəkəsində məlumat verib.
“Bu gün Mar-a-Laqoda Prezident Donald Trampı ziyarət etmək şərəf idi. Biz sülhə nail olmağın yollarını müzakirə etdik”, – Orban bildirib.
Macarıstanın baş naziri əlavə edib ki, Tramp yenidən seçiləcəyi təqdirdə bu problemi həll edəcək və Orbanın sözlərinə görə, bu, yaxşı xəbərdir.
Orban keçmiş Amerika lideri ilə görüşünü “sülh missiyası” kimi qiymətləndirib.