Alyansın 24 ölkəsi bu sazişi İMZALADI
Alyans sammitində 24 ölkənin prezidenti Kiyevə uzunmüddətli dəstək verən “Ukrayna sazişi”ni imzalayıb.
Redaktor.az xəbər verir ki, sənədin mətni ilə Avropa Komissiyasının saytında tanış olmaq olar.
Sənədə əsasən, “Ukrayna sazişi”nin məqsədi Ukraynanın hərtərəfli təhlükəsizlik ehtiyaclarını qarşılamaq üçün səyləri əlaqələndirmək və sürətləndirməkdir. Razılaşmaya əsasən, Kiyevin təhlükəsizliyi birbaşa olaraq dünyanın müxtəlif yerlərində, o cümlədən Avro-Atlantik ölkələrinin təhlükəsizliyi ilə bağlıdır.
Ukrayna Sazişini imzalayanlar Ukrayna silahlı münaqişədə qalib gələnə qədər ona dəstək verəcəklərini öhdələrinə götürüblər. Dəstək hərbi yardımla yanaşı, Ukrayna qoşunlarının modernləşdirilməsinə yardımı da əhatə edəcək.
Razılaşmanın tərəfləri həmçinin öz təhlükəsizlik mexanizmlərini seçmək hüququ ilə azad, müstəqil, demokratik və suveren Ukraynaya sadiq olduqlarını vurğulayıblar.
Sevinc İBRAHİMZADƏ