Bayden Zelenskini "Putin" deyə təqdim etdi - VİDEO
ABŞ prezidenti Co Bayden NATO-nun Vaşinqtonda keçirilən sammitində təsadüfən səhv danışaraq Ukrayna prezidenti Vladimir Zelenskini “prezident Putin” adlandırıb.
Redaktor.az-ın məlumatına görə, Baydenin bu hərəkəti dünya mediasının əsas xəbərlərindən birinə çevrilib.
İndi isə sözü təkcə cəsarəti yox, həm də qətiyyəti olan Ukrayna prezidentinə vermək istəyirəm. Xanımlar və cənablar, prezident Putin”, - deyə Bayden çaşıb.
O, səhvini tez anlayıb və deyib: “Prezident Putin? O, (Zelenski) prezident Putini məğlub edəcək. Mən prezident Putini məğlub etməyə o qədər diqqət yetirmişəm ki, bundan narahat olmalıyıq”.
Yaxınlıqda dayanan Zelenski "mən yaxşıyam" deyə zarafat edib.
"Sən daha yaxşısan", - Bayden deyib.