Moskva və Ankara arasındakı bu saziş davam etdirilə bilər

 14:23 12.07.2024     412

Moskva yeni şərtlərlə taxıl sazişinin davam etdiriləcəyini istisna etmir.

Redaktor.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O vurğulayıb ki, Putin dialoqa hazırdır, ancaq bir şərtlə ki, məsələlər hərtərəfli həll olunsun:

“Kreml hər hansı razılaşmanı istisna etmir. Resiya prezidenti Vladimir Putin dəfələrlə dialoqa və razılığa gəlmək cəhdlərinə açıq olduğunu bildirib. Mövcud vəziyyətin ümumi kontekstindən hər hansı sualı çıxarmaq mümkün deyil. Hər şeyi tam şəkildə qiymətləndirmək lazımdır".

Qeyd edək ki, iyulun 12-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara taxıl sazişini canlandırmağa və 2022-ci ilin iyulunda ilk dəfə imzalandığı İstanbulda onu yenidən müzakirə etməyə ümid edir.

Ərdoğan deyib ki, o, Putinlə Qara dəniz taxıl təşəbbüsünü müzakirə edib. Türkiyə prezidentinin sözlərinə görə, Ankara bu məsələdə Rusiya və Ukraynanı birləşdirə bilsə, taxıl sazişinin yenidən başlaması üçün addımlar atıla bilər.

Sevinc İBRAHİMZADƏ