KTMT və Rusiya NATO-ya bu barədə dialoq təklif edib

 09:45 13.07.2024     414

Rusiya və KTMT dəfələrlə NATO-ya yeni təhlükəsizlik sisteminin qurulması ilə bağlı dialoq təklif edib.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Federasiyasının KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev deyib.

“Rusiya və KTMT-dən təhlükəsizlik sisteminin yaradılması üzrə ümumi zəmin tapmaq üçün NATO ilə dialoqa başlamaq üçün dəfələrlə təkliflər olub, lakin bu təkliflər qarşılıqlı istək tapmayıb”, - o qeyd edib.

Onun sözlərinə görə, həm Rusiya, həm də KTMT NATO-nun Şimali Atlantika regionundan Asiya-Sakit okean regionuna keçməsini görür. Vasilyev həmçinin vurğulayıb ki, KTMT Qərbin Qafqaz regionunda və İranda vəziyyəti sarsıtmaq üçün açıq cəhdlər etdiyini müşahidə edir.

Sevinc İBRAHİMZADƏ

Vumart və Güvən reklamı Vumart Güvən