Pezeşkian ABŞ-ni ittiham etdi

 12:22 13.07.2024     384

Qərb İranın dinc nüvə proqramı ətrafında bilərəkdən böhran yaradıb. Tehran Vaşinqtonu yanaşmasını dəyişməyə çağırır.

Redaktor.az xəbər verir ki, bu barədə İranın seçilmiş prezidenti Məsud Pezeşkian bildirib.

"ABŞ və onun Qərb müttəfiqləri İranın dinc nüvə proqramı ilə bağlı böhran yaratmaq üçün nüvə silahının yayılmaması rejimindən qəsdən istifadə ediblər", - dövlət başçısı vurğulayıb.

O, həmçinin ABŞ-ın da İsrailin “nüvə arsenalını” dəstəklədiyinə diqqət çəkib.

İran prezidenti Pezeşkian dövlətin müdafiə doktrinasında nüvə silahı ilə bağlı müddəaların olmadığını qeyd edib və Vaşinqtonu İranın nüvə proqramı ilə bağlı siyasətini dəyişməyə çağırıb.

Sevinc İBRAHİMZADƏ