Zelenskinin növbəti səfərləri AÇIQLANDI

 12:28 13.07.2024     397

Ukrayna Prezidenti Vladimir Zelenskinin növbəti həftə İrlandiyaya baş tutacaq səfərində Rusiya-Ukrayna müharibəsi, eləcə də bu ölkənin Ukraynaya yardımı müzakirə olunacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Məlumata görə, onun baş nazir Saymon Harrislə görüşü planlaşdırılır.

O da bildirilir ki, İrlandiya hökumətinin başçısı qeyri-qanuni olaraq Rusiyaya aparılan ukraynalı uşaqların geri qaytarılmasında köməklik göstərilməsini təklif edəcək.

V. Zelenskinin bunun ardınca Londona yola düşəcəyi, burada isə Avrozona ölkələrinin liderləri qarşısında çıxışı gözlənilir.

Vumart və Güvən reklamı Vumart Güvən