NATO sammitində sülhə çağıran tək siyasətçi kimdir?

NATO sammitində sülh çağırışı edən yeganə şəxs Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olub.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti yazıb.
Məqalə müəllifinin fikrincə, sammitin yekun bəyannaməsi təhdid və müharibə çağırışlarını ehtiva edən cihadçı manifestə bənzəyir. Həmçinin qeyd olunub ki, Ərdoğan sülhə və atəşkəsə çağırmasaydı, sammitdə heç kim bu məsələdən danışmazdı.
Qeyd edək ki, Ərdoğan ötən gün bildirib ki, bütün silahlı münaqişə boyu ölkəyə verilən dəstəklərə baxmayaraq, Qərb Ukraynada istədiyi məqsədlərinə nail ola bilmir.
Sevinc İBRAHİMZADƏ