Tramp ona güllə atanı öldürənləri TƏRİFLƏDİ

Pensilvaniyada keçirilən mitinqdə sui-qəsd cəhdindən sağ çıxan ABŞ-nin keçmiş prezidenti Donald Tramp ilk dəfə atəş açan şəxsi məhv etdiyi üçün ABŞ Gizli Xidmətinin işini fantastik adlandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə "New York Post" qəzetinə müsahibəsində bildirib.
“Onlar əla iş gördülər... Bu, bizim hamımız üçün realdır”, - Tramp deyib.
Qeyd edək ki, Donald Trampa sui-qəsd iyulun 13-ü axşam saatlarında baş verib. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, sonra qulağı qanamış vəziyyətdə səhnədən götürülüb və xəstəxanaya aparılıb. O, müalicə olunduqdan sonra evə buraxılıb.
Hücum edənin şəxsiyyəti müəyyən edilib və məhv edilib. FTB-nin məlumatına görə, həmin şəxs Pensilvaniya ştatından olan 20 yaşlı Tomas Metyu Kruksdur.
"New York Post" mənbələrinin məlumatına görə, gənc oğlan Trampın danışdığı səhnədən təxminən 400 fut aralıda yerləşən istehsal müəssisəsinin damından atəş açıb.
Sevinc İBRAHİMZADƏ