Britaniya monarxı Trampa özəl məktub yazdı

Britaniya monarxı III. Çarlz sui-qəsd cəhdindən sağ çıxan ABŞ-nin keçmiş prezidenti Donald Trampa özəl məktub yazıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.
"Bukingem Sarayı bəyan edib ki, Kralın keçmiş ABŞ prezidentinə mesajı bazar günü Britaniyanın Vaşinqtondakı səfirliyi vasitəsilə çatdırılıb".
Bildirilib ki, yazışmaların məzmunu məxfi saxlanılacaq.
Qeyd edək ki, Donald Trampa sui-qəsd iyulun 13-ü axşam saatlarında baş verib. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, sonra qulağı qanamış vəziyyətdə səhnədən götürülüb və xəstəxanaya aparılıb. Tramp müalicəsindən sonra xəstəxanadan buraxılıb.
Sevinc İBRAHİMZADƏ