Ukrayna bu vaxt NATO-ya daxil olacaq - Zelenski AÇIQLADI

 17:37 15.07.2024     294

Vaşinqtonda keçirilən NATO sammiti nəticəsində Ukrayna mümkün olan “maksimum”u aldı.

Redaktor.az xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski mətbuat konfransında bildirib.

Zelenskinin sözlərinə görə, Rusiya ilə münaqişə səbəbindən hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukrayna tez bir zamanda alyansa qoşulmaq üçün dəvət alacaq.

Qeyd edək ki, iyulun 13-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyevin NATO-ya daxil olmasının gecikdirilməsindən şikayətlənib. Onun sözlərinə görə, Kiyev alyansa qoşulmaq üçün dəvəti daha 75 il gözləyə bilməz. Kuleba həmçinin "NATO üzvlüyünə gedən yolun dönməz olduğuna" dair "ümidverici siqnalları" yüksək qiymətləndirib.

Sevinc İBRAHİMZADƏ