"Ukraynanın NATO-ya daxil olması dünya sülhünü təhdid edir" - Baş nazir
Ukraynanın NATO-ya daxil olması Rusiya ilə alyans arasında birbaşa münaqişəyə gətirib çıxaracaq.
Redaktor.az xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fiko deyib.
“Ukraynanın NATO-ya üzvlüyü dünya sülhünü təhdid edir və NATO ilə Rusiya arasında birbaşa münaqişəyə səbəb olacaq".
Siyasətçi vurğulayıb ki, bu münasibət Slovakiya hakimiyyətinin yürütdüyü xarici siyasət prinsiplərinin əksidir. O qeyd edib ki, Ukraynanın NATO-ya üzvlük məsələsi yalnız bütün lazımi şərtlər yerinə yetirildikdə və bütün NATO üzvlərinin razılığı ilə, ölkədə sülh yaranarsa və hərbi qarşıdurma olmazsa, açılacaq.
Sevinc İBRAHİMZADƏ