Hindistan Ukraynaya etiraz ETDİ

 09:53 16.07.2024     378

Ukraynanın Yeni Dehlidəki səfiri Hindistan Xarici İşlər Nazirliyinə çağırılıb. Səbəb Ukrayna lideri Zelenskinin Vladimir Putinlə Hindistanın baş naziri Narendra Modinin son görüşünü tənqid edən bəyanatıdır.

Redaktor.az xəbər verir ki, bu barədə “Economic Times” qəzeti mənbələrə istinadən yazır.

Bildirilib ki, görüş bazar ertəsi baş tutub.

Xatırladaq ki, Zelenski Modinin Putinlə görüşünü tənqid edərək, bunu “sülh səylərinə sarsıdıcı zərbə” adlandırıb.

Hindistanın Zelenskinin bəyanatlarına cavab olaraq Ukrayna ilə birgə mədəniyyət işçi qrupunun görüşünü təxirə saldığı bildirilir.

Sevinc İBRAHİMZADƏ