Macarıstanda Ukrayna ilə bağlı yeni konfransın mümkün tarixləri AÇIQLANDI

Ukrayna münaqişəsinin həlli üzrə konfransın ikinci mərhələsi bu il keçirilə bilər.
Redaktor.az xəbər verir ki, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
O, Rusiyanın danışıqlarda iştirakının gözlənildiyini bildirib.
"Biz bilirik ki, bu il sülh konfransının növbəti mərhələsinin keçirilməsi üçün səylər göstərilir və biz bunu, şübhəsiz ki, alqışlayar və yüksək qiymətləndirərdik", - diplomat agentliklə görüşündə qeyd edib.
O, həmçinin ilk konfransın təşkilinə verdiyi mühüm töhfəyə görə İsveçrəyə minnətdarlığını bildirib.
Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orbanın Ukraynadakı münaqişə ilə bağlı sülh planını ötən gün Avropa İttifaqı liderlərinə göndərdiyi öyrənilib.
Sevinc İBRAHİMZADƏ