Trampa qarşı yeni sui-qəsd cəhdləri OLA BİLƏR

 10:11 17.07.2024     293

İranın ABŞ-nin keçmiş prezidenti Donald Trampı sıradan çıxarmaq üçün planlar hazırladığına dair iddialardan sonra Amerika kəşfiyyatı yaxın həftələrdə Trampa qarşı yeni cəhdlərin ola biləcəyini bildirir.

Redaktor.az xəbər verir ki, bunu “Politico” mənbələrə istinadən yazır.

Rəsmilər bildiriblər ki, son aylarda kəşfiyyat məlumatları artıb və kəşfiyyat rəsmiləri Tehranın niyyətlərinə daha inamlı olublar. Onlar həmçinin bildiriblər ki, yaxın həftələrdə Trampa qarşı daha çox sui-qəsd cəhdləri ola bilər.

Qeyd edək ki, daha öncə Amerika kəşfiyyat orqanlarının İranın Trampa qarşı sui-qəsd planlarının hazırlanmasında iştirakı ilə bağlı getdikcə daha çox sübut əldə etdiyi bildirilib. Tehranın noyabrda ABŞ-də keçiriləcək seçkilərdən əvvəl də oxşar niyyətlərini həyata keçirə biləcəyi iddia edilib.

Sevinc İBRAHİMZADƏ