Tramp Putinlə münasibətindən DANIŞDI

 10:25 17.07.2024     263

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətlərinin olduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, o, bu barədə "Bloomberg"ə müsahibəsində qeyd edib.

“Putinlə çox yaxşı anlaşdıq, normal münasibətlərimiz var idi. Biz bir-birimizi heç vaxt müharibə ilə hədələməmişik”, - deyə siyasətçi bildirib.

Trampın sözlərinə görə, əgər o, 2020-ci ildə yenidən prezident seçilsəydi, Ukraynadakı münaqişənin qarşısını almaq olardı.

Sevinc İBRAHİMZADƏ