Çin bu mövzuda ABŞ ilə məsləhətləşmələri DAYANDIRDI
Pekin ABŞ-ın Tayvana silah satışı ilə bağlı silahlara nəzarət və nüvə silahlarının yayılmaması ilə bağlı Vaşinqtonla məsləhətləşmələri dayandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cyan bildirib.
“Birləşmiş Ştatlar Çinin təkrar bəyanatlarına məhəl qoymadı, Tayvana silah satmağa davam etdi və iki tərəf arasında qarşılıqlı etimadı sarsıdan bir sıra mənfi hərəkətlər etdi. Buna görə də danışıqların dayandırılması, silahlara nəzarət və yayılmaması ilə bağlı məsləhətləşmələrin yeni raundunun keçirilməsi qərara alınıb”, - deyə o bildirib.
Lin Cyan baş verənlərə görə məsuliyyətin tamamilə ABŞ-nin üzərinə düşdüyünü vurğulayıb. Lakin o, əlavə edib ki, Pekin qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq əsasında beynəlxalq silahlara nəzarət məsələlərində Vaşinqtonla təmasları davam etdirməyə hazırdır.
Sevinc İBRAHİMZADƏ