YAP Bəxtiyar Sadıqova da etimad göstərmədi
Yeni Azərbaycan Partiyası (YAP) indiyə kimi onu parlamentdə təmsil edən daha bir deputata etimad göstərməyib.
Redaktor.az xəbər verir ki, indiyədək 119 saylı Ağdam seçki dairəsini Milli Məclisdə təmsil edən Bəxtiyar Sadıqov YAP-ın bu gün açıqlanan deputatlığa namizədlər siyahısında yer almayıb.
Əvəzində həmin dairədən İbrahim Raqif oğlu Məmmədov deputatlığa namizəd göstərilib.
Qeyd edək ki, Bəxtiyar Sadıqov ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Milli Məclisinin deputatı olub.
O, 2002-ci ildən Milli Məclisin orqanı olan «Azərbaycan» qəzetinin baş redaktorudur.
Əməkdar jurnalist B.Sadıqov «Şöhrət» ordeni ilə təltif edilib.