"Müstəmləkə siyasətindən əziyyət çəkən hər bir dövlət və xalq xilaskar rolunda Azərbaycanı seçir"

 13:29 18.07.2024     614

Xəbər veridyimiz kimi, Bakıda Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə birinci Qurultayı keçirilib. Qurultayın keçirilməsi ideyası Fransanın dənizaşırı ərazilərinin müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatlarına məxsusdur.

Politoloq Amid Əliyev Redaktor.az-a açıqlamasında Azərbaycanın imperializmə qarşı mübarizənin əsas dəstəkverici simvoluna çevrilməsindən danışdı.

O qeyd etdi ki, müasir, qloballaşan dünyada azadlıq və demokratiyanın tüğyan etdiyi bir dövrdə keçmişin qalığı olan müstəmləkəçilik buxovlarından qurtula bilməyən Fransa kimi dövlətə qarşı günbəgün etirazlar artır:

"Xalqların həbsxanasına çevrilmiş müasir Fransa öz siyasətində insan hüquqları, humanizm, multukulturalizm və dünyəvi dəyərlərdən çox kənar düşüb. Keçmiş qanlı tarixindən Fransaya miras qalan dövlətlərdə xalqların azadlıq hüququnu tanımaq istəməmək hələ Fransa dövlətinə çox baha başa oturacaq. Artıq Afrika qitəsində xalqların özünüdərk, milli oyanış və azadlıq hərəkatı başlayıb və uğurla da davam edir. Bir sıra Afrika dövlətlərində fransız dilininin işlənməsi qadağan edilib, fransız hərbi birlikləri ölkə ərazisindən çıxarılıb və hətta bəzi fransız diplomatları "persona non-grata" da elan edilib. Bütünlükdə bu, Fransanın xarici siyasətindəki böyük uğursuzluqların bir hissəsi kimi qiymətləndirililə bilər. Artıq Fransaya qarşı başlamış bu etirazların coğrafiyası öz miqyasını tamamilə dəyişib və hətta Qafqaza, Azərbaycanadək gəlib çatıb".

Amid Əliyev - TurkicWorld

Politoloqun sözlərinə görə, Ərəb Dövlətləri Liqasında Azərbaycanın rəhbərliyi ilə müstəmləkə istilasından xilas olma hərəkatı artıq təsisatlanma mərhələsinə qədəm qoyub:

"Belə ki, dünən Bakıda keçirilən qurultayın sayca birinci hesab olunması onu deməyə əsas verir ki, bu istiqamətdə görüşlər hələ davam edəcək. Bir müddət bundan öncə rəsmi olaraq Azərbaycan ada dövlətlərinə maddi yardımın ayrılmasını da dilə gətirmişdi. Bu, ümummilli dəyərlərə hörmətlə yanaşmaqla yanaşı, xalqların milli azadlıq hərəkatına olan ən yüksək qiymət kimi də qiymətləndirilməlidir".

Amid Əliyev qeyd etdi ki, artıq Afrika və eləcə də Fransa müstəmləkə siyasətindən əziyyət çəkən hər bir dövlət və xalq xilaskar rolunda Azərbaycanı seçir:

"Bu heç də təsadüfi hal sayıla bilməz. Bu illər ərzində Azərbaycan nəinki bölgədə, eləcə də regiondan kənarda da sülhün və təhlükəsizliyin təminatçısı ilə yanaşı, azadlıq və demokratik prinsipləri təşviq edən ölkə kimi də tanınır. Buna görə də bu məsələdə Azərbaycanı özünə ünvan seçən ölkələrin sayı artmaqda davam edir. Ötən illər ərzində Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik etdiyi müddətdə və Ərəb Dövlətləri Liqası ilə əməkdaşlıqda bir daha sübut etdi ki, əməkdaşlıqda etimad və etibar əsas element olmalıdır. Qalib olan Azərbaycan artıq bölgədə güc, təhlükəsizlik və enerji təminatçısı rolunda çıxış etməklə bərabər, həm də insan hüqularının və ümumbəzəri dəyərlərin qorunmasını da təmin edir. Fransa isə bu dəyərlərin əksinə gedərək XXI əsr yeni kolonialzm siyasətini həyata keçirməkdə davam edir. Bu isə demokratiya, insan hüquaları və qloballaşan dünyanın dinlər və mədəniyyətlərarası inteqrasiya siyasətinə tam olaraq ziddir. Ona görə də Fransa ölkə daxilində yaşanan narazılıqlar fonunda xarici siyasətəki uğursuzluqları da kompensasiya edə bilmir".

Sevinc İBRAHİMZADƏ