Olaf Şolts Serbiya Prezidenti ilə danışıqlar aparacaq

 17:55 17.07.2024     491

Almaniya kansleri Olaf Şolts iyulun 19-da Belqradda Serbiya prezidenti Aleksandr Vuçiç ilə danışıqlar aparacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt bildirib.

"Tərəflər ikitərəfli məsələləri, o cümlədən beynəlxalq və Avropa siyasətinin mövzularını müzakirə edəcəklər", - o qeyd edib.

O, əlavə edib ki, Şolts Aİ və Serbiya nümayəndələrinin görüşündə də iştirak edəcək və bu görüşdə ekoloji cəhətdən neytral xammal sahəsində strateji əməkdaşlıq haqqında sazişin imzalanması planlaşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən