Deputat olmaq üçün müraciət edənlərin sayı AÇIQLANDI

 16:58 19.07.2024     260

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 806 nəfər namizədlik üçün müraciət edib.

Redaktor.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

“Partiyaların 585 səlahiyyətli nümayəndəsi artıq qeydiyyatdan keçib. 532 nəfərin isə namizədliyinin irəli sürülməsi təsdiqlənib", - o qeyd edib.

MSK sədri vurğulayıb ki, 451 nəfər imza vərəqləri alıb:

"31 nəfər isə imza vərəqlərini qaytarıb. 4 nəfərin namizədliyi qeydə alınıb", - deyə o bildirib.